“Sevda sevinsin ki, Tolikin əli onun üstündədir”

13 Fevral 2014 16:20 (UTC+04:00)

Xalq artisti İlhamə Quliyeva prodüser Toliklə dostluğundan danışıb. 


106.3 FM-in "Muleyli" şousunda qonaq olan müğənni əlamətdar günlərini ona həvalə edəcəyini bildirib: 


"Hərdən deyirəm ki, nə yaxşı, Toliki Almaniyadan gətirmişəm. O mənə oğlum kimidir. Bütün xoş günlərimizin təşkilatçılığını ona həvalə edəcəyəm. Nəvəmin ad gününü, toyunu da Tolik təşkil edəcək. Sevda Yahyayeva sevinsin ki, Tolikin əli onun üstündədir". 


Efirə telefonla qoşulan Tolik təəssüratlarını belə ifadə edib: 


"Ömrünün 40 ilini sənətə verən xalq artistinin mənim haqqımda bu sözləri deməsi böyük xoşbəxtlikdir. Mən İlhamə xanımın övladıyam. Bizim dostluğumuz hələ uzun müddət davam edəcək". (axsam.az)