Bakıda yanacaqdoldurma məntəqəsində partlayış baş verib, bir nəfər ölüb

13 Fevral 2014 16:42 (UTC+04:00)

Bir neçə dəqiqə əvvəl Bakıdakı yanacaqdoldurma məntəqələrindən birində partlayış baş verib.  Movqe.az-ın xəbərinə görə, hadisə Xətai rayonunun Ramiz Quliyev küçəsində yerləşən "LUKoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınıb. 

İlkin məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb.