İstehlaka yararsız 870 kq-a yaxın məhsul məhv edilib

13 Fevral 2014 17:14 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Binəqədi rayonunda

- Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 6 ünvanında Elnur Mustafayevə məxsus mağazada;

- C.Xəndan küçəsi, ev 52C ünvanında Tamara Aslanovaya məxsus mağazada;

Yasamal rayonunda

- F.Ağayev küçəsi, 558-ci məhəllə, ev 11 ünvanında Bəxtiyar Qəmbərova məxsus mağazada;

Nizami rayonunda

- M.Abbasov küçəsi, ev 43 ünvanında Mahmud Əliyevə məxsus mağazada;

- Q.Qarayev prospekti, ev 94 ünvanında Mərdan Əliyevə məxsus mağazada;

- B.Çobanzadə küçəsi, ev 15 ünvanında Namiq Kazımzadəyə məxsus mağazada;

Sumqayıt şəhərində

- 5-ci mikrorayon, ev 36/39 ünvanında Mehparə Fərəcovaya məxsus mağazada;

- 5-ci mikrorayon C.Məmmədquluzadə küçəsi, ev 32 ünvanında Zenfira Abbasovaya məxsus mağazada;

Abşeron rayonunda

- Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində Ramin Qasımova məxsus mağazada;

- Xırdalan şəhəri, H.Əliyev prospektində Yaqub Balacayevə məxsus kafedə;

- Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsində Xalidə Məmmədovaya məxsus mağazada;

- Mehdiabad qəsəbəsi, C.İsmayılov küçəsində Allahverdi Rüstəmova məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Nizami rayonunda

- Q.Qarayev prospekti, 2528-ci məhəllədə Təranə Nuriyevaya məxsus mağazada;

- Q.Qarayev prospekti, ev 8 ünvanında Rafiq Məmmədova məxsus mağazada;

- B.Çobanzadə küçəsi, ev 34 ünvanında Oruc Səmədova məxsus restoranda;

Yasamal rayonunda

- B.Məcidov küçəsi, 455-ci məhəllə, ev 24 ünvanında Aygün Ağayevaya məxsus mağazada;

- H.Cavid prospekti, 500-cü məhəllədə Elnarə Bağırovaya məxsus mağazada;

- 1-ci Yeni Yasamal , ev 12 ünvanında Qədir İsmayılova məxsus mağazada;

Binəqədi rayonunda

- Atatürk prospekti, ev 60 ünvanında Gülhəyat Məmmədovaya məxsus mağazada;

- Binəqədi qəsəbəsi, Ə.Naxçıvani küçəsi, 3068-ci məhəllə, ev 4 ünvanında Pərvin İsmayılova məxsus mağazada;

- Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində Bənövşə Səlimovaya məxsus mağazada;

Tovuz rayonunda

- Qovlar şəhəri, Vağzal küçəsində Nətavan Rüstəmovaya məxsus mağazada;

Goranboy rayonunda

- Dəliməmmədli şəhəri, Rəhimov küçəsində Şahin Rüstəmova məxsus mağazada;

Ağstafa şəhərində

- H.Əliyev prospektində Əziz Kərimova məxsus mağazada;

Şirvan şəhərində

- Xəqani küçəsində Şaiq Həsənova məxsus mağazada;

- M.Rəsulzadə küçəsində Siyasət Kərimova məxsus mağazada;

Göyçay şəhərində

- Nizami küçəsində Ceyhun Mütəllimova məxsus mağazada;

Sabirabad şəhərində

- A.Səhhət küçəsində Emil Nəsirova məxsus mağazada;

- V.Əhmədov küçəsində Ariz Bağırova məxsus mağazada;

Xaçmaz rayonunda

- Qobuqırağ kəndində Mahur Həsənova məxsus mağazada;

- Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Mahmud Binyatova məxsus mağazada;

Qusar şəhərində

- Ə.Səfixanov küçəsində Radik Məhsimova məxsus mağazada;

Ağsu rayonunda

- Çaparlı kəndində Elşən Məmmədova məxsus mağazada;

İsmayıllı şəhərində

- S.Mehdiyev küçəsində Yusif Kamilova məxsus mağazada;

Masallı şəhərində

- H.Əliyev prospektində Müslüm Həsənova məxsus mağazada;

Şəki şəhərində

- M.Rəsulzadə prospektində Mehman Soltanova məxsus mağazada;

Zaqatala şəhərində

- V.İsmayılov küçəsində Mahir Hacıyevə məxsus mağazada;

- H.Əliyev prospektində Ramin Rəhimova məxsus mağazada;

Tərtər şəhərində

- S.Vurğun küçəsində Lətif Həmidova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.

Ümumilikdə, monitorinqlər zamanı 870 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.