Fazil Mustafanın yeni kitabı çapdan çıxıb

13 Fevral 2014 17:34 (UTC+04:00)

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın yeni kitabı çapdan çıxıb.

Movqe.az-ın xəbərinə görə, "Zamanı tələsdirənlər" adlı kitab "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görüb. Kitabda Fazil Mustafanın 2013-cü ilin sonlarında dövri mə­t­bu­at­da və sosial şəbəkələrdə dərc olunmuş məqalələri yer alıb. Müəl­li­fin siyasi, dini, fəlsəfi düşüncələri, günün aktual prob­lem­lə­ri­nə baxışı, ayrı-ayrı opponentlərin iradlarına cavab yazıları oxucular üçün ma­raqlı ola­caq.

Nuru Paşa və onun komandanlıq etdiyi Qafqaz İslam Ordusunun imanlı əsgərlərinin ruhuna ithaf olunan kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.