Qeyri-adi ölüm

13 Fevral 2014 17:37 (UTC+04:00)

Hollandiyada həftənin əvvəlində Bilthovendəki evinin qarajında ​​cəsədi tapılan keçmiş Baş nazir müavini və Səhiyyə naziri Els Borstun ölüm səbəbi hələ də təyin oluna bilməyib.


Tibb Təşkilatı tərəfindən edilən ilk yarılma araşdırmasına görə , keçmiş  nazirin bədənində yara izinə rast gəlindiyi, lakin ölüm səbəbinin dəqiq təsbit edilə bilmədiyi bildirilib. Hadisə ilə əlaqədar araşdırmaların davam etdiyini söyləyən səlahiyyətlilər , Els Borstun qəza və ya hücum nəticəsində ölmüş ola biləcəyini qeyd edib.


Movqe.Az xəbər verir ki, Borstun evi və qarajında ​​araşdırmalarını davam etdirən polis , keçmiş  nazirin ilkin təyin etmələrə görə təbii yoldan ölmədiyinin təsbit edildiyini açqlayıb. 


Ölümüylə Hollandiya siyasətini dərindən sarsıdan Borst üçün şənbə günü Utrecht şəhərindəki Domkerk Kilsəsində cənazə mərasimi təşkil ediləcəyi bildirilib. Ailəsi tərəfindən edilən şərhdə , kilsədəki mərasimdən sonra cənazənin mətbuata bağlı bir şəkildə dəfn ediləcəyi ifadə edilib. Borst üçün Nümayəndələr Palatasında da ayrı bir mərasim təşkil edilməsi planlaşdırılır.