"Transneft"dən Bakı - Novorossiysk kəməri ilə bağlı gözlənilməz qərar

13 Fevral 2014 19:45 (UTC+04:00)

İqor Demin: "Biz artıq rəzələri bağlamağa qərar vermişdik, amma Azərbaycan tərəfi müraciət etdi"

Rusiyanın "Transneft" şirkəti Bakı - Novorossiysk kəmərini bağlamayacaq. Ans press "RBK"ya istinadən bildirir ki, bu barədə Rusiya şirkətinin rəsmi təmsilçisi İqor Demin bildirib. 


Onun sözlərinə görə, kəmərin fəaliyyətdə qalması qərarı ARDNŞ-in neft nəqli müqaviləsinin müddətinin uzadılması barədə etdiyi müraciətlə bağlı verilib. Müraciət Rusiyanın neft nəqli şirkəti üçün gözlənilməz olub. "Biz artıq rəzələri bağlamağa qərar vermişdik, amma Azərbaycan tərəfi keçən həftənin sonunda müraciət edərək müddəti 14 fevral 2014-jü ildə bitən müqavilənin vaxtının uzadılmasını xahiş etdi. Hazırda biz yeni ticari müqavilənin bağlanması üzrə danışıqlar aparırıq", - deyə o vurğulayıb.


Demin bildirib ki, tərəflər nəql ediləcək neftin həcmi, tarifi və keyfiyyəti barədə də razılığa gəlməlidirlər.