Bakıda sərnişin avtobusu yenə qəza törətdi

14 Fevral 2014 09:20 (UTC+04:00)
Bakının Suraxanı rayonunda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, qəza Yeni Günəşli yaşayış massivində iki minik maşını və sərnişin avtobusunun toqquşması nəticəsində baş verib.
Qəza zamanı avtobusda sərnişin olduğu və onlardan xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və Föqəladə Hallar Nazirliyi müvafiq xilasetmə qüvvələrinin xilasediciləri cəlb olunub.