Mətanət Əsədova həyatyoldaşından boşanmasının şok səbəbini açıqladı - ÖZƏL
14 Fevral 2014 12:30 (UTC+04:00)
Müğənni Mətanət Əsədova birinci nikahının alınmaması səbəbindən
danışıb. Mövqe.az ilə fikirlərini bölüşən müğənni bildirib: " Mən
Mətanət olan gündən, əzəldən çox sevildim ancaq sevə bilmədim.
Birinci nikahım 10-15 gün içində qurulan bir iş idi. Əvvəlki
həyatyoldaşımla tanışlığım mağazada baş tutub. Mən qohumumla
mağazaya getdim, telefonumda problem var idi. Bu oğlan telefonumu
aldı və problemi həll etdi. Ondan sonra nömrəmi götürmüşdü və
zəngləşirdik. Mağazada o məni görəndə inanın makiyajsız və saçımda
da maska var idi, başım bağlı idi. O, məni o gündə bəyənmişdi. Özü
burada yaşamırdı və mənim müğənni olduğumu da bilmirdi. Ailə
qurduq. Amma dünyaya baxışlarımız fərqli idi. Həm də o , məndən
yaşda kiçik idi".
Müğənni ayrılma səbəbini də açıqlayıb : " Mən ayrıldım. Bir gün
evdə oturmuşduq. O, anidən mənə qayıdıb dedi ki, gözəlim bəs nə
əcəb sən məndən yaşda böyük idin, utanmadın mənə ərə gəldin ". Elə
bir başımdan bir qab qaynar su tökdülər. Şoka düşdüm. Və ona
dedim ki, bitdi Emil. Sən içimdəki Mətanəti qırdın, ona elə bir
təpik vurdun ki, param-parça oldu. Dağ çəkdin mənə... Bu gündən biz
sənlə olduq dost ! ".
Mətanət Əsədova boşandığı həyat yoldaşı ilə indi də təmasda
olduğunu açıqlayıb : " Mən onunla dostam. Sabah nikahıolsa, gedib
oxuyacam və həyatyoldaşına da bahalı bir zinət əşyası alıb,
aparacağam. Vəssalam. Mən belə insanam".