Tanınmış bəstəkar vəkil oldu

14 Fevral 2014 12:30 (UTC+04:00)

Tanınmış bəstəkar Sevinc Tofiqqızı rejissor   Elmir Süleymanov  çəkdiyi   "Səndən sonra" serialında rol alıb. Movqe.az- in məlumatına görə,  vəkil rolunu ifa edən bəstəkar yeni çəklidiyi film haqqında bunlar deyib: "Məni bu filimə dəvət  edən bizim  castining direktoru Mehman Məmmdova öz təşəkkürlərimi bildirirəm. Bu filmdə vəkil obrazını  çox sevdim.  Filmi, mehriban kollektivi çox sevirəm, onlara uğurlar arzulayıram. İnşallah yeni seriallarda davamı olacaq".


Öz növbəsində də filmi direktoru Vüqar Camalzadə də Sevinc Tofiqqızı ilə iş birlindən məmnunluq duyduğunu dilə gətirib.

Onu da deyək ki, "Xəzər" telekanalında yayımlanan  "Səndən Sonra" serialının prodüseri Mahir İbrahimov, baş operator Rəşad Qarayev, castingin direktoru Mehman Məmmədov ,  rejisoru Elmir Süleymanovdur. 

Filmdə bəstəkar Sevinc Tofiqqızı ilə yanaşı serialda xalq artisti Sveta Hakimova,  əməkdar artistlər Əfqan Soltanov, Mətanət Atakişiyeva Leyli Vəliyeva, aktyorlardan  İntiqam Sultan,  Nəsibə Eldarova, Dilarə ,  Könül Cəfərzadə, Elnur Muradov, Elçin Məmmedli, Türkay Cəferov, Gəncə teatırının aktyorları  Elxan Abbasov, Novruz Cəfərov da iştirak edirlər. 

Qeyd edək ki, rejissor Elmir Süleymanov Sevinc Tofiqqızına yeni klipdə çəkib amma bəstəkar hələ o, haqqda məlumat vərmək istəmir.