İcra baççısından narkomanlarla bağlı şok faktlar

14 Fevral 2014 12:28 (UTC+04:00)

 "O gün olmurki, Binəqədi rayonunda cinayət hadisəsi baş verməsin. Çox təəssüf ki, Binəqədi rayonu Bakının 12 rayonu arasında cinayət hadisələrinin baş verməsinə görə, fərqlənir. Buna görə çox təəssüflənirəm ki, 2012-ci illə müqayisədə ötən il cinayət hadisələrinin sayı 21 faiz artıb".

Movqe.az xəbər verir ki, bu sözləri dünən Binəqədi Rayon İcra Hakimiyyətində 2013-cü ilin yekunlarına dair keçirilən tədbirdə rayon icra başçısı Xaləddin İsgəndərov söyləyib. X. İsgəndərov deyib ki, aparatda bununla bağlı müzakirələr aparılıb: "Mən müzakirə aparmışam ki, cəza almış,əvvəllər məhkumluq həyatı yaşayan insanların ailələrində hansısa görüşlər keçirilib. Biz nə etmişik?Binəqədi rayonu ərazisində Bakı Şamaxı yolunda yerləşən keçiddə narkomanların istifadə etdikləyi şprislər aşkarlanır. Buraya atılan 15-20 şpris narkomanların inyeksiya yolu ilə "morfi" istifadə etdiyindən xəbər verir".