Novxanı yolunda ağır qəza

8 İyun 2012 16:49 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakının Novxanı qəsəbəsində ağır yol hadisəsi qeydə alınıb. 

Hadisə keçən gecə 01:00 radələrində baş verib. Hadisə zamanı "BMW" markalı minik avtomobili "Jiquli" markalı avtomobillə toqquşub. Qəza nəticəsində iki nəfər yaralı düşüb. Qeyd edək ki, "Jiquli" markalı avtomobilin sahibi Elçin Əliyev ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Hal-hazırda həkimlər onun haqqında heç bir şey demirlər.

"BMW" markalı minik avtomobilinin sahibi Yaşar Əkbərov isə yüngül xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az