İzzət Bağırov kimə qılınc çəkdi ?

14 Fevral 2014 16:10 (UTC+04:00)

Movqe.az xəbər verir ki, qısa müdətdə böyük maraqla izlənilən "Qonaqlıq" verilişi bu dəfə populyar müğənni İzzət Bağırovun evində baş tutacaq. İzzət Bağırov evinin qapılarının ilk dəfə məhz "Qonaqlıq" verilişinə açdı. Tanınmış jurnalist Tahirə Məmmədqızının təqdim etdiyi "Qonaqlıq"da İzzət Bağırov ilk dəfə övladlarını tamaşaçılara təqdim edəcək. Müğənni bacısı oğluna niyə oxumağı qadağan edib? Sənətçi şou biznes əhlinə ciddi ismarıc göndərərək kimə qılınc "çəkdi?"... Sənətçinin hansı oğlu dünya çempionu olmağa hazırlaşır? Bütün bu suallara məhz "Qonaqlıq"da, "Space"in efirində cavab tapa bilərsiz.

Məhz "Qonaqlıq" verilişində İzzət Bağırov evini, həyat tərzini pərəstişkarlarına nümayiş etdi. Xatırladaq ki, layihənin rəhbəri Elçin Əlibəyli, rejissoru Xamis Xanlaroğludu.

Bu bazar səhər saat 9:45 " Qonaqlıq"ı izləməyin. Sox maraqlı olacaq

Qeyd edək ki, verlişin informasiya dəstəyi Movqe.az saytıdır.