Kalorini hesablayan danışan çəngəl

14 Fevral 2014 16:30 (UTC+04:00)

Movqe.az-ın xəbərinə görə, Yapon alimlərinin hazırladıqları danışan çəngəl məhsulu insanları artıq çəkidən azad etməyə kömək edəcək. 


Yapon alimləri bu məhsulu modernləşdirərək müxtəlif çeşidlərini və dəstlərini hazırlamağı planlaşdırırlar. (Çəngəl-bıçaq dəsti və s.).


Hazırlanan bu predmetlər insanları artıq çəkidən azad etmək üçün qəbul olunan qidaların növlərinə görə müxtəlif səslər çıxararaq onlara artıq kalori aldıqda xəbər verəcək. 


Beləliklə artıq çəki problemi yaşayan insanlar miqdarında qida qəbul edərək öz sağlamlıqlarının keşiyində duracaqlar.