Ərdoğanın oğlu ifadə verib

14 Fevral 2014 16:33 (UTC+04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan rüşvət və korrupsiya iddiaları ilə bağlı prokurorlara ifadə verib.

Türkiyə mətbuatında yayılan məlumata görə, B. Ərdoğanın fevralın 5-də ifadə verdiyi bəlli olub. O, vəkili ilə birlikdə İstanbul ədliyyə sarayına gedərək prokurorların suallarını cavablandırıb.

 

Qeyd edək ki, B. Ərdoğanın rəhbərlik etdiyi TÜRGEV-ə (Türkiyə Gənclik və Eyitimə Xidmət Vəqfi) rüşvət xarakterli qanunsuz pul köçürmələri edildiyi bildirilir.