ANS-in keçmiş aparıcısı ana oldu

14 Fevral 2014 19:40 (UTC+04:00)

ANS-in keçmiş aparıcısı, məşhur jurnalist Məhsəti Şərif ana olub. AzVision.az-ın məlumatına görə Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərifin bu gün qız övladı dünyaya gəlib. Qeyd edək ki, xanım jurnalist 2012-ci ilin sentyabrında Türkiyə vətəndaşı ilə ailə qurub. Cütlüyün bir oğlu da var.