Qandallı doğum işgəncəsi
15 Fevral 2014 10:11 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Misirdə çevriliş əleyhdarı
nümayişlərə qatılan 19 yaşındakı Dehab Abdulhamid adlı hamilə
qadın, əlləri qandallı vəziyyətdə doğum etmək məcburiyyətində
qalıb. Xəstəxana yatağında belə qandallarının çıxarılmasına icazə
verilməyən Abdulhamidin sağlam bir şəkildə dünyaya gələn qızına
Azadlıq adı verilib. Fotoşəkilin sosial mediada yerləşdirilməsiylə,
çevriliş rəhbərliyinə olan qəzəb daha da artıb.