Ebru Gündəş və qardaşı, Rza Zərraba "oyun oynayıb"?

15 Fevral 2014 13:15 (UTC+04:00)

Movqe.Az türk qəzeti "Milliyet"ə istinadən xəbər verir ki, Müğənni Ebru Gündeş və böyük qardaşının polisə verdiyi ifadənin arxasından "fırıldaqçılıq istintaqı" çıxıb . Böyük qardaşının , Gündeşin həyat yoldaşı Zarrabdan "hakimə verək" deyərək 200 min dollar aldığı ortaya çıxıb.


Müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zarrab 17 dekabr 2013-cü ildə təşkil edilən əməliyyat çərçivəsində nəzarətə alınmış və həbs olunaraq Metris Həbsxanasına aparılmışdı. Gündeş isə böyük qardaşı Çingiz Kumartaşlıoğluyla birlikdə 31 dekabr 2013-cü il gecəsi İstanbul Maliyyə təqsirlərlə Mübarizə Şöbə Müdirliyində 2 saat ifadə vermişdi. İfadə əməliyyatının korrupsiya istintaqı daxilində reallaşdırıldığı deyilmişdi. 



Zarrabın "dollar işi" etdiyi Cəfər Saran adlı bir nəfər qaçaq immiqrantlara istiqamətlənmiş 2012-ci ildə həyata keçirilən bir əməliyyatda nəzarətə alınıb. Zarrab , Cəfər Saranın sərbəst qalması üçün təhlükəsizlik nəzdində cəhdlərdə edib, ancaq Saran həbs olunub. Bu müddətdə işə Gündeş və Kumartaşlıoğlu daxil olub. Saranın sərbəst buraxılması və ya məhkəmə əməliyyatlarının sürətləndirilməsi üçün Kumartaşlıoğlu İstanbulda vəzifəli BA adlı bir savcıyla təmasa keçib. Bu müddətdə Zarrab , Gündeş və Kumartaşlıoğlu arasındakı telefon danışıqları polislər tərəfindən dinlənib. Telefon qeydlərinə görə prokuror BA , normal hüquqi prosedurları izah edərək fayl haqqında məlumatlar verib , iddia açılması prosesinin necə sürətləndirilə biləcəyini izah edib. Ancaq Gündeş və Kumartaşlıoğlu sanki hakimə verəcəklərmiş kimi Zarrabdan 200 min dollar istəyib. Zarrab da pulu verməyi qəbul edib. Ebru Gündeş , Zarraba öz katibəsinin hesab nömrəsini verərək pulun oraya yatırılmasını istəyib. Gündeş , böyük qardaşı Kumartaşlıoğluna da Zarraba pulun bu əməliyyatlar üçün ödəndiyini söyləməsini istəyib.



Bu iddialar yeni il gecəsi Maliyyə Şöbə polisləri tərəfindən Gündeşdən soruşulub. Aylıq gəlirinin 50 min lirə olduğunu söyləyən Gündeş əvvəl "Mən iddia müddətinin sürətlənməsi üçün heç kimdən pul tələb etmədim , belə bir mövzuya da vasitəçilik etmədim. Böyük qardaşım bu pulu özü üçün almış ola bilər " deyib. Ancaq daha sonra Gündeşə; yoldaşı , böyük qardaşı və katibəsiylə etdiyi telefon danışıqları dinlədilib və yenidən nə deyəcəyi soruşulub. Gündeş , bu dəfə telefon danışıqlarını qəbul edərək , bunları söyləyib:

" B.A. adlı prokuror bu məlumatları verməsi qarşılığında pul almadı. Cengiz adlı böyük qardaşım pula ehtiyacı olması və mənim də əlimdə istənilən miqdarda nağd pul olmamasından ötəri , yoldaşımdan da böyük qardaşım üçün pul almaq istəmədiyimdən ötəri böyük qardaşımən bu şəkildə yoldaşımdan pul almasına göz yumdum. Cəfər Saran adlı şəxsi tanımıram , indiyə qədər nə telefonla nə də üz-üzə görüşməmişəm. Alınan pulun böyük qardaşım tərəfindən harada istifadə olunduğunu bilmirəm. "