Avropa Birliyi Türkiyədən hərbi dəstək tələb edib

15 Fevral 2014 19:05 (UTC+04:00)

AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Türkiyə xarici işlər naziri Əhməd Davudoğluna məktub yazıb

Avropa Birliyi Mərkəzi Afrika Respublikasına qoşun göndərmək üçün Türkiyənin dəstək verməsini tələb edib. 

Türkiyə mətbuatında yayılan məlumata görə, məsələ ilə bağlı Brüsseldə iclas keçirilib. İclasda MAR-a ediləcək hərbi əməliyyatlarda hansı ölkələrin iştirak edəcəyi müzakirə olunub. Avropa Birliyi Türkiyədən hərbi dəstək edilməsini tələb edib. Məsələ ilə bağlı AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Türkiyə xarici işlər naziri Əhməd Davudoğluna məktub yazıb. Türkiyə tərəfi isə hələlik AB-yə heç bir cavab verməyib.


Qeyd edək ki, bir müddətdir ki. MAR-da qarşıdurmalar davam edir. Bunun qarşısını almaq üçün Fransa ölkəyə 1600 əsgər göndərib.