İlham Əliyev Litva prezidentini təbrik edib

15 Fevral 2014 19:53 (UTC+04:00)

Azərbaycan Prezidenti milli bayram münasibətilə Litva Prezidentini təbrik edib.


Azərbaycan Prezidenti İlham Əliyev Litvanın milli bayramı münasibətilə bu ölkənin Prezidenti Dalya Qribauskayteyə təbrik məktubu göndərib.


Dövlətimizin başçısı məktubda Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib. 


Prezident İlham Əliyev dostluq əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylərin göstəriləcəyinə inandığını vurğulayıb.


Prezident İlham Əliyev Prezident Dalya Qribauskayteyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.