Azərbaycanlı müğənni: “İstəmərəm ki, adım qalmaqallarda hallansın”- Fotosessiya
5 Aprel 2012 18:59 (UTC+04:00)
Azərbaycanın populyar müğənnisi
Roza Zərgərli verdiyi açıqlamada qalmaqallardan uzaq olduğunu
bildirdi.
"Mən heç zaman
istəmərəm ki, adım qalmaqallarda hallansın. Çünki bu müğənniyə
yaraşmayan bir şeydir. Əsil müğənni sənətiylə tanıdar özünü, etdiyi
qalmaqallarla yox.
Bu gün bir çoxu elə
düşünürlər ki, onlar qalmaqal edib reklam etməklə düz edirlər.
Lakin bu belə deyil. Çünki heç bir sənətkar tamaşaçılarının
yaddaşında belə qala bilməz.
Mən o cür tanınmaq
istəməzdim. Qoy məni tamaşaçılar ifama və sənətimə görə yadda
saxlasınlar", - Roza Zərgərli dedi.
Türkan
Nadirqızı