Mağazalardan qadağan olunmuş dini ədəbiyyatlar götürüldü

15 Fevral 2014 20:42 (UTC+04:00)
Bakıda fəaliyyət göstərən iki mağazadan qanunla qadağan olunmuş dini təyinatlı ədəbiyyat və elektron daşıyıcılar götürülüb. Movqe.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kazımzadə küçəsində Ucar rayon sakini Revanur Albukayra məxsus mağazadan qanunla qadağan olunmuş 40 ədəd dini təyinatlı ədəbiyyat, habelə 10 ədəd CD və DVD disklər, N.Hacıyev küçəsində Oğuz rayon sakini Arzuman Piriyevə məxsus mağazadan isə 19 ədəd dini təyinatlı DVD aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.