Azərbaycanlı ifaçının qızı dəm qazından öldü

15 Fevral 2014 20:46 (UTC+04:00)
Tanınmış sufi ifaçısı Novruz Novruzlunun ailəsində faciə baş verib. Movqe.az xəbər verir ki, "Savalan" Mistik Musiqi Qrupunun rəhbəri, tanınmış sufi ifaçısı Novruz Novruzlunun 16 yaşlı qızı dəm qazından boğulub.  Nədimli Novruzlunun faciəli şəkildə dünyasını dəyişməsindən dörd gün keçir. Allah rəhmət etsin!