Azərbaycan ordusu zabitini itirdi

16 Fevral 2014 17:40 (UTC+04:00)

Azərbaycan Ordusunun zabiti xəstəlikdən vəfat edib.

Hadisə fevralın 15-də Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında qeydə alınıb. Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1969-cu il təvəllüdlü, mayor Rəhimov Bəkir Əvəz oğlu müalicə aldığı hospitalda xəstəlikdən dünyasını dəyişib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.


Müdafiə Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbir diləyib.