Azərbaycanlı gəmi kapitanı Gürcüstanda həbs edildi

16 Fevral 2014 20:55 (UTC+04:00)

Gürcüstanda sərhədçilər azərbaycanlı gəmi kapitanını saxlayıblar. Movqe.az-ın Ans press-ə istinadən məlumatına görə, Panama bayrağı altında üzən gəmi gürcü sərhədçiləri tərəfindən həbs edilib. 


Məlumata görə, Türkiyə şirkətlərindən birinə məxsus həmin gəmi Gürcüstanın ərazi sularında, daha doğrusu Abxaziya sahillərində uzürmüş.


Həbs olunan azərbaycanlı kapitanının kimliyi açıqlanmasada, gəminin Poti limanına aparıldığı bildirılir. 


Gəmi heyəti dənizçilik haqqında beynəlxalq qaydaları pozmaqda ittiham edilir.