“Mehdi Ordusu”nun yaradıcısı Müqtəda əs-Sədr İraqin siyasi həyatından getdiyini bəyan edib
16 Fevral 2014 22:07 (UTC+04:00)
Movqe.az-ın "France-Presse" agentliyinə istinadən verdiyi
məlumata görə, o bildirib ki, bundan sonra ölkə hökumətində onun
maraqlarını heç bir siyasi blok və ya məmur təmsil
etməyəcək.Müqtəda əs-Sədrin rəhbərlik etdiyi hərəkatın İraqdakı
bütün nümayəndəlikləri də bağlanacaq. Təkcə sosial, tibbi və təhsil
sahələri üzrə təsisatların fəaliyyətini davam etdirməsi nəzərdə
tutulur. Əs-Sədr tərəfdarlarından biri dini liderin qərarının
hərəkat üzvləri üçün gözlənilməz olduğunu açıqlayıb.Qeyd edək ki,
hazırda qeyri-rəsmi "Bəsrə əmiri" adlandırılan əs-Sədrin
tərəfdarları İraq parlamentində 325 yerdən 40-na sahibdir. Diqqət
çəkən məqam odur ki, şiə lideri siyasətdən getməsi haqqında
parlament seçkilərinə az qalmış bəyan edib. Parlament seçkiləri bu
il aprelin 30-da keçiriləcək. Əs-Sədr hazırkı baş nazir Nuri
əl-Malikinin ən ciddi rəqiblərindən biri sayılırdı. Müqtəda
əs-Sədrin 2003-cü ildə yaratdığı "Mehdi Ordusu" ABŞ qoşunlarının
işğalına qarşı mübarizə aparan əsas qüvvələrdən biri olub. Şeyxin
tərəfdarları 2008-ci ildə silahlı mübarizəni dayandırıb. 2011-ci
ildə isə Müqtəda əs-Sədr tərəfdarlarını amerikalıların İraqı tək
etməsinə mane olmamağa çağırıb.