Avopa İttifaqından Gürcüstana illginc təklif
16 Fevral 2014 22:08 (UTC+04:00)
Gürcüstan hökuməti Avropa İttifaqından ilginc təklif alıb. Movqe.az
İTAR-TASS-a isitinadən xəbər verir ki, Avropa İttifaqı Gürcüstana
öz hərbçilərini Mərkəzi Afrika Respublikası (MAR) daxilindəki
münaqişə zonalarına yerləşdirmək təklifini verib. Gürcüstanın
müdafiə naziri İrakli Alasaniya təkliflə bağlı bildirib ki, hazırda
bununla bağlı gürca tərəfi müzakirələr aparır. Xarici işlər
nazirinin birinci müavini David Zalkaliani isə qeyd edib ki,
Gürcüstanın bu kimi missiyalarda iştirakı vacibdir: "Bu missiyada
iştirak etməklə bizim ölkəmiz beynəlxalq təhlükəsizlik
məsələlərində öz töhfələrini verə bilər". Qeyd edək ki, 2013-cü
ildə Vilnüsdə keçirilən Aİ sammitində Gürcüstan tərəfi müəyyən
edilmiş çərçivələrə dair imza atıb və onlardan biri münaqişə
zonalarında bu dövlətin hərbi güclərinin iştirakından ibarətdir.