Cəmil Həsənli Suriyaya gedənləri dolayısı ilə dəstəklədi

16 Fevral 2014 22:10 (UTC+04:00)
Milli Şura sədri Cəmil Həsənli jurnalistin olan ünvanladığı sualı anlaya bilməyərək, cavabdan yayınıb. Movqe.az-ın SİA- istinadən verdiyi nın məlumatına görə, Cəmil Həsənli aznews.az saytına açılamasında radikal dini qruplaşma üzvlərinin Suriyaya getməsi ətrafında fikirlərini bildirərkən, ənənəsinə sadiq qalaraq bu məsələdə də hakimiyyəti günahlandırmağa cəhd edib. Jurnalistin "Hesab etmirsinizmi ki, müxalifət, elə məhz sizin sədri olduğunuz Milli Şura bu məsələdə ictimaiyyətə yönəlik bir aksiya keçirə bilər?" sualına cavabında Milli Şura sədri media təmsilçisini qərəzli (?) olmaqda ittiham edərək, qarşı tərəfi aşağılayıb: "Heç utanmırsan bunu müxalifətlə bağlayırsan?". Qeyd edək ki, jurnalistin sualda qərəz və müxalifəti ittihama yönəlik heç bir məqamın olmadığını təsdiq etmək cəhdi də uğursuz olub. Belə ki, Cəmil Həsənli fikirlərini deyəndən sonra telefonu bağlayıb və bir daha cavab verməyib. Xatırladaq ki, mətbuatda Cəmil Həsənlini idarə edən əsas tərəf kimi AXCP sədri Əli Kərimli göstərilir və Cəbhə sədri barədə radikal dini cərəyanlarla iş birliyi iddiaları bir neçə dəfə öz təsdiqini tapıb.