Rusiyalı alimdən Azərbaycanda dəhşətli zəlzələ proqnozu

17 Fevral 2014 11:45 (UTC+04:00)

Rusiyanın Dövlət Hidrometerologiya Universitetinin alimi Viktor Bokov Qafqazda zəlzələ olacağı ilə bağlı həyəcanlı məlumat verib. V. Bokovun proqnozlarına görə, yaxın vaxtlarda Azərbaycanda zəlzələ yenidən təkrar olunacaq. Güclü təkanlar qeydə alınacaq. Movqe.az rusiyalı alimin proqnozlarının nə qədər real olduğuna aydınlıq gətirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb. Q. Yetirmişli V. Bokovun proqnozlarına cavab vermək fikrində olmadığını söyləyib. V. Bokov bildirib ki, hidrometiroloqun zəlzələ olacağına dair proqnoz verməsi gülüncdür: "Həmin alim gedib hava haqqında proqnoz verisin. Onların Azərbaycanda zəlzələyə dair açıqlamaları ölkəmizə qarşı təxribat xarakteri daşıyır. Bokov hardan bilir ki, Azərbaycanda güclü zəlzələ olacaq? Bəlkə də o, Azərbaycanda bir dəfə belə olmayıb.Getsin havaya dair proqnozlar versin".

V. Bokovun Qafqazda zəlzələyə dair proqnozlarının əhali arasında narahatçılıq yaratması məsələsinə gəlincə, alimin proqnozlarına inanmamağı məsləhət gördü: "Əhali hər yoldan keçənin sözünə inanmasın".