Sıladan azərbaycanlı müğənniyə şok təklif - VİDEO

17 Fevral 2014 12:15 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi və prodüseri Sıla (Sıla Gençoğlu) azərbaycanlı həmkarı ilə işbirliyi qurmaq üçün təklif göndərib.

Bu barədə "Art Records" prodüser mərkəzinin rəhbəri Fuad Tek Movqe.az-a məlumat verib. O, bildirib ki, prodüser mərkəzinin layihəsi olan müğənni Rusonun ifa etdiyi "Hanı o günlər?" adlı mahnısı türk müğənnisinin diqqətini cəlb edib:

"Sıla mahnını sosial şəbəkələrdə Rusonun ifasını dinləyib, ifaçıya və mahnıya olan marağını gizlətməyib. Müğənninin yanında çalışanlar "Art Records" prodüser mərkəzinin Türkiyə təmsilçisiylə əlaqə saxlayıblar. Hazırda Sılanın marağını dəyərləndirmək üçün alternativ yollar axtarılır və danışıqlar gedir. Çox güman ki, işbirliyi alınacaq və biz bunu geniş layihə şəklində təqdim etməyi planlaşdırırıq". Rusonun ifa etdiyi "Hanı o günlər?" mahnısının musiqisi və sözləri bəstəkar-aranjimançı Həsən Ağayevə (DJ Vebo) məxsusdur. Mahnıya prodüser mərkəzi tərəfindən klip çəkiləcək.

Qeyd edək ki, müğənni üçün mahnı seçimlərini və repertuarın hazırlanması, o cümlədən, yaradıcılıqla bağlı digər məsələlər prodüser markəzi və onun rəhbəri Fuat Tek tərəfindən təyin edilərək həyata keçirilir.