Hansı azərbaycanlı müğənninin diski bir milyon yarımdan artıq satılıb ?

17 Fevral 2014 12:22 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, müğənni Cavanşir Məmmədov " Bu günahla səni bağışlayıram" adlı mahnısının diskinin satış sayını açıqlayıb. Müğənni diskinin bir milyon yarımdan artıq satıldığını etiraf edib. Müğənnin diskinin rekord sayda satışını açıqlasa da, ondan bir manat belə qazana bilmədiyini də söyləyib: 


" Diskin bu qədər satışını mənə sadəcə şad xəbər kimi dedilər. Amma and içə bilərəm ki, mən o diskdən bir qara qəpik də qazana bilmədim".