Gülər Əhmədovanın kiçik oğlunun ad günü fotosu

17 Fevral 2014 12:58 (UTC+04:00)
Sabiq deputat, hazırda həbsdə olan Gülər Əhmədovanın ailəsi kiçik oğlu Tamerlanın doğum gününü qeyd edib. Movqe.az xəbər verir ki, balaca Tamerlanın doğum günü anasının həbs olunduğu günə təsadüf etsə də, ailəsi və yaxınları balaca Tamerlanı ad günündə tək qoymayıb. Ad günü törənində Tamerlanın nənəsi, xalası, dayısı da iştirak edib. Movqe.az Gülər Əhmədovanın kiçik oğlunun doğum günündən fotoları təqdim edir. Xatırladaq ki, G. Əhmədova ötən il fevral ayının 14-də kiçik oğlu Tamerlanın ad günü qeyd etməyə hazırlaşan gün həbs edilib.