Hansı müğənnimiz avtomobil alveri ilə məşğul olub, milyonlar qazanır ?

17 Fevral 2014 13:39 (UTC+04:00)
"Space" telekanalında hər bazar günü 09:45- də yayımlanan "Qonaqlıq" verlişinin bu dəfəki qonağı müğənni İzzət Bağırov olub. Mövqe.az xəbər verir ki, müğənni saraylara bənzər evinin qapılarını peşəkar jurnalist Tahirə Məmmədqızının üzünə açıb. Evində "Qonaqlıq" komandasına sözün əsl mənasında qonaqlıq verən İzzət onlara milli mətbəximizin nümunələrindən daddırıb. Özü haqqında bir çox eksklüzivləri də məhz müğənni adı çəkilən verlişdə açıqlayıb. İlk dəfə avtomobil averi ilə məşğul olması barədə yayılan xəbərə müğənni "Qonaqlıq"da son qoyub : " Xeyr, alver mənlik deyil. Sadəcə əvvəlki ofisim dostum ilə birlikdə idi. O da avtomobil alveri ilə məşğul idi. Mənsə başqa bizneslə məşğulam. O, biznesi böyüdüb, müğənnilikdən gedəcəyəm. Bu sənət heç vaxt ürəyimcə olmayıb.  Hətta bacım oğluna da məsləhət verirəm ki, müğənni olmasın. Amma onun səsi də, sənəti də var.  Özü bilər, seçim özünündü".

Daha sonra İ. Bağırov yeni bəddi film çəkəcəyini də açıqlayıb: " Ssenari yazıram. Dostum rejissor Nail Naiboğlu ilə birlikdə bəddi film çəkəcəyəm. Nurəddin Mehdixanlının da o filmdə oynamasını çox istəyirəm. İnşallah dəvət edəcəm".