Dərman zəhərlənməsi daha bir can aldı

17 Fevral 2014 14:05 (UTC+04:00)
Gəncədə kirayədə yaşayan kişinin qonağı dərman zəhərlənməsindən ölüb. Movqe.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dərmanı atan Samir Cəfərovun vəziyyəti qəfil pisləşib. Həkimlər ona yardım göstərə bilməyiblər. Qeyd edək ki, Samir Cəfərov Gəncədə kirayədə yaşayan Aqil Bayramovun evinə qonaq gəlibmiş. Faktla bağlı araşdırma aparılır.