Ramil Usubovdan yeni təyinatlar
17 Fevral 2014 14:40 (UTC+04:00)
Azərbaycanda bir neçə rayonun polis rəisi
dəyişdirilib. APA-nın məlumatına görə,
daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzaladığı əmrə
əsasən, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin rəisi,
polis polkovnik-leytenantı Xəqani Məmmədov tutduğu vəzifədən azad
edilərək Füzuli Rayon Polis Şöbəsinin rəisi təyin edilib. 18-ci
Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat
yoxdur. Nazirin digər əmri ilə Baş
Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Füzuli Şıxəliyev
Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat
alıb. Qeyd edək ki, bu ilin yanvarında
Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında nazir R.
Usubov Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun
fəaliyyətini ciddi tənqid edib və onun rəhbəri olduğu polis
şöbəsini yoxlamağı tapşırıb. Kollegiyadan bir neçə gün sonra K. Əsədov işdən
çıxarılıb.