Əhalinin pulsuz müayinə və müalicəsinə başlanıldı

17 Fevral 2014 16:55 (UTC+04:00)
Bu gündən respublika üzrə əhalinin icbari dispanserizasiyasına başlanılb. Bu məlumatı Movqe.az-a Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev  verib. R. Nağıyev bildirib ki, əhalinin icbari müayinəsini mart ayının 1-dək davam edəcək. R. Nağıyevin sözlərinə görə,  bütün rayonlarda əhali tərəfindən dispanserizasiyada fəallıq hiss olunur: "Rayon İcra Hakimiyyətləri bu işdə yaxından köməklik edirlər. Əhali tibbi müayinələrə cəlb olunur. Məqsəd əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması məqsədi daşıyır".

R. Nağıyev artıq ölkə üzrə tibb müəssisələrinin icbari dispanserizasiyaya hazır vəziyyətə gətirildiyini söyləyib. Onun sözlərinə görə, zərurət olarsa, dispanserizasiyadan keçənlərin xəstəliklərinin müalicəsi də dövlət hesabına aparılır.   

R. Nağıyev dispanserizasiyadan keçənlərin sayının həftə sonu açıqlanaçağını söylədi.