Əxlaqsız adlandırılan meyxanaçının 20 yaşlı aşnaları var imiş - QALMAQAL - YENİLƏNDİ

17 Fevral 2014 17:24 (UTC+04:00)

Verlişin gedişatı zamanı münsiflərin təkidi ilə Samirə xanım fikrini dəyişib və Lalə Dadaşovanı məhkəməyə verib. Məhkəmə prosesini vəkil Şəfiqə Axundova  aparacaq.

***

Mövqe.az xəbər verir ki, xalq artisti Brilliant Dadaşovanın bacısı müğənni Lalə Dadaşova və meyxanaçı Samirə arasında əsl qalmaqal düşüb. Bir-birlərini canlı yayımda təhqir edən iki sənətçi "Ümid var" da görüntülənib. Mövqe.az xəbər verir ki, qalmaqala səbəb Samirə xanımın Lalə Dadaşovun əri Elçinin ondan yaşca kiçik olması barədə açıq-açığa danışması olub. Bu sözdən qəzəblənən müğənni meyxanaçı barədə bu sözləri səsləndirib: "O əxlaqsız qadına deyin mənim adımdan danışmasın. O, adam mənim tayım deyil. Düzdü birlikdə işləmişik. Amma mən biləndə o əxlaqsızdı, ondan ayrıldım. Mən onun kimi 20 yaşlı oğlanlarla gəzməmişəm. Düzdü həyatyoldaşım məndən yaşda balaca olub, ancaq oğlum yaşda biri deyildi... Elçin məgər mənim oğlum yaşdadır? O, necə söyüşlər söyür, necə əxlaqsızlıqlar siz bilmirsiniz. Mənim onun kimi aşnalarım yoxdu".

Bu sözləri eşidib şoka düşən meyxanaçı açıqlamasında qeyd edib: "Əxlaqsız onun özüdür. Yəqin öz adını deyib. Mənim adım Samirədir, əxlaqsız yox... Lalə mənim anam yaşındadır. 61 Lalənin yaşıdı, 65 yaş isə mənim anamın... Ayıb olsun ona. O dediyi sözləri sübuta yetirsin. Mən təribiyəli ailədən çıxmışam.O haradan çıxıb, deyə bilmərəm. Mənim 6-7 banka borcum var. Aşnalarım olsaydı, banklara borclu olmazdım. 1997-ci ildə ərim ölüb, vəssalam. 2 yetim böyüdürəm. Mənim çoxsaylı aşnalarım yoxdu".

Qeyd edək ki, meyxanaçı Samirə xanım canlı efirdə olan zaman Lalə Məmmədova onun evində olan yaşlı anasına zəng edib və təhqir, söyüşlər əsnasında ona hədə-qorxu gəlib. Lakin Samirə xanım bildirib ki, M. Lalə ondan maddi cəhətdən artıqdı və ondan övladları olduğu üçün qorxur, məhkəməyə vermir.