Ceyms Uorlik Türkiyəyə səfər edəcək

17 Fevral 2014 17:39 (UTC+04:00)

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Türkiyəyə səfər edəcək.

Məlumata görə, diplomat bunu özünün "Twitter" səhifəsində yazıb. "Bu gün Ankaraya gedirəm. Türkiyənin mövqeyini dinləməyi səbirsizliklə gözləyirəm", deyə o, söyləyib.

 

Xatırladaq ki, fevral ayının əvvəllərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana və Ermənistana səfər ediblər. Onlar münaqişənin həlli və yüksək səviyyədə görüşlərin təşkili üçün işi davam etdirəcəklərini bildiriblər.