Azərbaycanda avtomobil idxalı azalmağa başlayıb

17 Fevral 2014 19:07 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycana 6 477 ədəd avtomobil idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% azdır.

 

Belə ki, ölkəyə gətirilən avtomobillərin 15 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 5 925 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 512 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 25 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.