Çörək zavodunda partlayış

17 Fevral 2014 20:25 (UTC+04:00)

Beyləqan rayonunda yerləşən çörək zavodunda güclü partlayış olub. Beyləqan rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumatına görə partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar çörək zavodunun işçiləri - Vəzifə Süleymanova, Nəzakət Quliyeva, Xalidə Həsənova, Zemfira Abbasova və Məfkurə Fəfəcovadır. Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar aparılır. Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin sözlərinə görə, xəstələrdən 4-nün 1-2-ci dərəcəli termik yanıqları var. "Birinin isə ayağında sınıq var. Bir nəfər stasionarda qalacaq, qalanları isə ambulator müalicəyə göndəriləcək".
Yaralı Nəzakət Quliyeva "Heç nəyim yoxdur, yaxşıyam, hadisənin necə olduğunu bilmirəm" sözlərini deyib. Hadisə yerində FHN-nin və Beyləqan rayon prokurorluğunun əməkdaşları araşdırma aparır. Hadisənin səbəbləri də araşdırmanın sonunda məlum olacaq.