Şəki Penitensiar Müəssisəsində kiçik rəis heyətinə qulluğa qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib
17 Fevral 2014 21:28 (UTC+04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar
Müəssisəsində kiçik rəis heyətinə qulluğa qəbul olunmuş 44 nəfər
gənc əməkdaşın andiçmə mərasimi keçirilib. Xidmətin ictimaiyyətlə
əlaqələr şöbəsindən verilən məlumata görə, ilkin hazırlıq kursunu
keçərək, penitensiar müəssisələrə təyin olunmuş əməkdaşların
andiçmə mərasimində Penitensiar Xidmətin rəis müavini, ədliyyə
general-mayoru Nizaməddin Cəlilov iştirak edib. O, xidmətə yeni
başlayan əməkdaşları Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin
rəhbərliyi adından təbrik edib, gənc əməkdaşlara aparılan
islahatlar, xidmətin xüsusiyyətləri barədə məlumat verərək onlara
gələcək işlərində uğurlar diləyib. Daha sonra işə yeni qəbul
olunmuş gənc əməkdaşlara xidməti vəsiqələr və ilkin hazırlıq
kursunu bitirmələri barədə şəhadətnamələr təqdim olunub.