Yunanıstan TV-də sağçı deputat qonaqlara hücum edib

9 İyun 2012 14:21 (UTC+04:00)

Yunanıstan parlamentinin radikal sağçı üzvü canlı televiziya yayımı zamanı verilişin qonaqları olan 2 qadına hücum etdiyinə görə həbs edilə bilər.

Deputat İlias Kasiriadisın Kommunist partiyasını təmsil edən siyasətçi qadın Liana Kanellinin üzünə 3 şillə vurur.

Bundan sonra İlias Kasiriadis studiyadakı digər bir qonaq qadın iştirakçının sifətinə su dolu stəkan atdığı göstərilib.

Güman edildiyinə görə İlias Kasiriadisın bu hərəkətləri onun 2007 ildə xuliqanlıq hərəkərilə bağlı hadisədə iştirak etməsi barədə səslənmiş iddialara cavab reaksiyası olub.

Onun "Qızıl Şəfəq" adlı ifrat sağçı partiyası may ayında keçirilmiş parlament seçkilərində 7% səs toplayıb .

Partiya təmsilçiləri təşkilatın neo-nasist ruhlu olduğunu inkar edirlər, baxmayarq kı partiyanın başçısı Nikos Mihaloliakos nasistlərə xas olan əl hərəkətilə salamlama üsulundan istifadə edir.

Türkan Nadirqızı

Movqe.Az