Samsung Galaxy S5 bu tarixdə çıxacaq!

18 Fevral 2014 11:52 (UTC+04:00)

GSM operatoru O2 , Samsungun yeni admiral gəmisi Galaxy S5-i , fevral ayının sonunda Almaniyada satışa təqdim edəcəyini bildirib və bununla cihazın çıxış tarixini açıqlamış olub.


Movqe.Az xəbər verir ki, Samsung Galaxy S5 , 24 Fevralda , Barselonada keçiriləcək "Mobile World Congress 2014"də tanıdılacaq. İki fərqli modeli olması gözlənilən cihazın ; 5 düym ekranından 2K (2560 × 1440p ) həllolma əmsalı təqdim edən metal dizaynlı , dörd nüvəli Qualcomm Snapdragon 805 prosessorlu və 20 MP kameralı modeliylə yanaşı; bir də plastik , Full HD ( 1080p) həllolma dəqiqliyi və səkkiz nüvəli Exynos 6 prosessorlu daha əlverişli bir modeli olacağı düşünülür.



GSM operatoru O2-in xəbərinə görə , Samsung , təqdimatından dərhal sonra Galaxy S-i satışa təqdim edərək gözəl bir surpriz etməyi düşünür.