ATV-dən Anar Nağılbaza qadağa !

18 Fevral 2014 12:10 (UTC+04:00)
Reper Anar Nağılbaz son dövrdə adının müxalifətçi çəkilməsidən narahatdır. Buna görə ona hətta ATV kanalından qadağa qoyulduğunu deyən reper  fikirlərini Movqe.az-la bölüşüb: " ATV-dən Anar Nağılbaza qadağa? Bunun belə olmağına inanmağım gəlmir çünki özəl televiyalar onda öz funksiyalarını itirib və sosialla siyasəti səhv salıb məni müxalifətə yazmağa tələsiblər. Hörmətli jurnalistimiz İradə İsaqın da verilişinə çəkildim və çox güman edirəm ki, nahaqdan onu da ordan yığışdıracaqlar! Axı vallah başa düşə bilmirəm, Prezidentimiz çıxıb deyir ki, rüşvət yığışdırılsın,hamı əlbir olub kömək olsun, haqqlar tapdanmasın, buradan biz də bu kursu dəstəkləmək istəyirik ,adımızı müxalifətçı çıxarırlar, kimdir bizlərə axı qadağa qoyan? Biz, azərbaycanlıyıq və həmişə fəxr etmişik ki, biz azərbaycanlıyıq!