Səudiyyə Ərəbistanda hər 10 nəfərdən 7-si..

18 Fevral 2014 14:36 (UTC+04:00)

Ərəbistanlı Xalid, 320 kilo verərək 290 kiloya düşmüşdü. 


Movqe.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Əl-Hobar şəhərində ABŞ və Avropadan mütəxəssislərin iştirakı ilə Piylənməylə mübarizə məqsədli konfrans təşkil edilib.

 Dünya daxilində 1.6 milyard insanda piylənmə xəstəliyi olduğu deyilən konfransda, Səudiyyə Ərəbistandakı hər 10 nəfərdən 7-də bunun olduğu bildirilib. 


Bu səbəblə ölkədə hər il piylənməylə mübarizə məqsədli təxminən 133 milyon dollarlıq tibbi xərc edildiyi açıqlanıb. Ölkədə xüsusilə qadınlar arasında piylənmənin çox məşhur olduğu vurğulanıb. Mütəxəssislər, Səudiyyə Ərəbistanda ilin böyük hissəsinin isti keçməsi səbəbiylə insanların bir yerə getmək üçün daha çox, vasitələri seçim etməsi səbəbindən idman etmə nisbətinin aşağı olduğunu, bu səbəblə də piylənmənin artdığını söyləyir.

Piylənmə (və ya şişmanlıq, köklük) – bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbələrdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər pylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır