Ukraynada vəziyyət yenidən gərginləşdi

18 Fevral 2014 15:46 (UTC+04:00)

Ukraynada işğal edilən ictimai binaları həftə sonundan etibarən boşaldaraq hökumətlə müəyyən nisbətdə uzlaşan etirazçılar , bugün yenidən fəaliyyətə keçib.


Movqe.Az xəbər verir ki, işğal etdikləri binaları boşaldan nümayişçilər yenidən küçələri dolduraraq parlament binası Radanı mühasirəyə alıb. Sayları 200 mini keçən etirazçılar və polis arasında qarşıdurmalolub, müqavimətin qalası "Gruşevski" küçəsindən isə yenə tüstülər yüksəlib.


"Vətən " partiyası lideri Arseniy Yeatsenyuk , bu günki hərəkatın Yanukoviç rəhbərliyinə boyun əymək niyyətində olmadıqlarını göstərmək üçün təşkil edildiyini bildirib.


Nümayişçilər parlamentin olduğu sahəyə yaxınlaşdıqda polisin müdaxləsiylə qarşılaşıb.  Bir neçə yük maşını atəşə verilib. Ukrayna Daxili İşlər Nazirliyi bu qarşıdurmaların nəzarətdən çıxa biləcəyi xəbərdarlığını edir.


Birləşmiş müxalifətin hazırki tələbi isə parlamentin təcili olaraq Ukraynada konstitusiya islahatları başlatmasıdır . Müxalifət Ukraynanın parlamentli respublikaya çevrilməsini istəyir.