Obama-Şeytan müzakirəsi yenidən gündəmdə

18 Fevral 2014 16:04 (UTC+04:00)

İsa Peyğəmbərin həyatından danışan filmdə olan  şeytan obrazı Barak Obamaya bənzədiyi üçün həmin səhnə kinoda kəsilib. Movqe.Az "The Guardian"a istinadən xəbər verir ki, "Son of God" (Allahın oğlu) adlı filmin rejissoru İncilə əsaslanaraq çəkilən səhnəni kəsmək məcburiyyətində qalıb. Buna səbəb isə, yaşlı Mərakeşli aktyor  Mohamen Mehdi Quazanninin Obamaya çox oxşamasıdır. Filmin rejissoru Roma Dovney şeytan obrazının Prezidentə oxşarlığına görə kəsilmədiyiini söyləyib. Bu obrazın filmdə kəsilməsinin səbəbinin əsas diqqətin İsa peyğəmbərin üstünə toplanması üçün olduğunu bildirib. Film ötən ilin martından ekranlaşdırılmışdı. Bu haqda müzakirələr indiyə qədər davam edir.