Telman İsmayılovla qohum olan millət vəkili danışdı

18 Fevral 2014 16:37 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Azərbaycanlı milyarder Telman İsmayılov millət vəkillərindən biri ilə qohum olub.

Milyarderlə qohum olan millət vəkili Hacı Salayevdir.

Deputat sayta açıqlamasında məlumatı təsdiqləyib.

Hacı Salayev oğlu Kənanla T.İsmayılovun qardaşı qızı Arzu Mərdanovanın ötən şənbə günü ailə həyatı qurduqlarını deyib: "Kənanla Arzu universitetdə bir yerdə oxuyublar. Tanışlıqları da o vaxta təsadüf edir. Fevralın 15-də övladlarımızın toyu oldu. Allah hər kəsin ailəsinə xoşbəxtlik qismət etsin". (Virtualaz.org)