Aktrisa baxımsızlıqdan əziyyət çəkib, evə qapandı - ŞOK

18 Fevral 2014 17:09 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, "Qaynana" filmində Sevda rolunu canlandıran aktrisa Tanilə Əhmərova baxımsızlıqdan əziyyət çəkir. Mövqe.az xəbər verir ki, aktrisa 147 manat pensiya alır. Bu pul onun nə dərmanına, nə yeməyinə, nə də ehtiyaclarının ödənməsi üçün kifayət etmir. Evinə qapanan və qapısını heç kimin üzünə açmayan aktrisa özünü yaxşı hiss etmir. 


Qeyd edək ki, "Ümid var" verlişinin kollektivi aktrisanı ziyarət edib. Lakin o, yenidən qapını onların üzünə açmayıb.