“Tarixin ən pis “Barselonası””

18 Fevral 2014 19:16 (UTC+04:00)

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yenə iddialı açıqlamalarından birini edib. Movqe.az xəbər verir ki, Joze bu gün keçiriləcək "Mençester Siti"- "Barselona" matçında ingilis klubunun növbəti mərhələyə adlamaq üçün daha çox şansı olduğunu deyib. Portuqaliyalı mütəxəssis hazırda "Barselona"nın əvvəlki gücündən əsər-əlamət qalmadığını bəyan edib: ""Barselona tarixinin ən pis dönəmini yaşayır. Messi kimi güclü futbolçusu olmasına baxmayaraq, "Mançester Siti" növbəti mərhələyə adlaya bilər. İndiki "Barselona" zəif təsir bağışlayır" Xatırladaq ki, Çempionlar Liqası 1/8 final mərhələsi çərçivəsində bu gün "Mançester Siti" "Barselona" ilə qarşılaşacaq.