Ən maraqlı tamaşa başlayır

18 Fevral 2014 19:26 (UTC+04:00)

Bu gün "Çempionlar Liqa"sı həyəcanı yenidən start götürəcək. Movqe.az  xəbər verir ki, artıq play-off mərhələsinin oyunları başlayır. 1/8 final mərhələsinin ilk oyunları bu gün keçiriləcək. Gecənin ən maraqlı,ən həyəcanlı görüşlərindən biri "Mançester Siti" ilə "Barselona" arasında olacaq. Hər iki komandanın heyətində kifayət qədər ulduz, oyunun nəticəsini bir anın içərisində dəyişə biləcək futbolçular var. "Barselona"nın görüşün favoriti sayılır. Ancaq "Mançester Siti"dən səfərdə xal almaq elə də asan məsələ olmayacaq. Gecənin digər oyunu "Bayer Leverkuzen"lə "PSJ" arasında oynanılacaq. Hər iki matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.